Fevralın 5-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, Elçin Zeynalovun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə inanclı Elçin Zeynalov Azərbaycan CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Məhkəmə prossesləri boyunca şahidlərin qeyri-dəqiq ifadələri və müttəhimin bütün itthamları rədd etməsinə baxmayaraq hakim Elçin Zeynalovu narkotiklərlə bağlı ittihamda günahkar sayıb. Məhkəmə Elçin Zeynalovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, bu gün narkotik ittihamı ilə daha bir hərəkat üzvü, Tural Vəliyevə də hökm oxunub. O, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elçin Zeynalov 2023-cü ilin martında saxlanılıb. O, şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində tutulub.
Bir gündə iki MBH üzvünə hökm oxunub