HƏMAS İsrailə məxsus helikopteri vurduğunu bildirir

Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın döyüşçüləri İsrail Ordusunun “Apache” helikopterini raketlə vurmağa müvəffəq olduqlarını deyiblər.

Bu barədə qruplaşmanın Telegram kanalında məlumat yayımlanıb. O, hadisənin Qəzza şəhərinin qərbində baş verdiyini açıqlayıb.

Xatırladaq ki, İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarında “Apache” helikopterlərindən fəal istifadə edir.