Pakistanda parlament seçkilərində namizədliyi irəli sürülən Pakistan Xalq Partiyasından olan Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.
Bu barədə “Express Tribune” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, namizəd Sind əyalətinin Mirpur Xas şəhərində bir qrup yaraqlının silahlı hücumuna məruz qalıb.
Qeyd edilib ki, nəticədə xəsarət alan siyasətçi xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, daha əvvəl Xub şəhərində Pakistan Xalq Partiyasının namizədi Mir Əli Həsən Zehrinin seçkiqabağı qərargahında partlayış baş verib. Partlayış nəticəsində 3 uşaq da xəsarət alıb.
Report.az
Pakistanda deputatlığa namizəd silahlı hücuma məruz qalıb