İsrail BMT-nin Qəzzaya yardım aparan yük maşınına hücum etdi

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) bildirib: “Bu təşkilatın bir yardım yük maşını İsrail hərbi dəniz qüvvələri tərəfindən hədəfə alınıb.”

Operativtv.com İRNA-ya istinadən məlumatına görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) bazar ertəsi bildirib: “Biz bombardman və atəş altında humanitar yardım çatdıra bilmirik.”
UNRWA bəyan edib: “Təhlükəsiz və davamlı humanitar giriş Qəzzanın şimalı da daxil olmaqla hər yerdə vacibdir.”
UNRWA-nın sözlərinə görə, yük maşını Qəzza zolağının şimalına göndərilmək məqsədilə ərzaq yükləmək üçün gözlədiyi vaxt hədəf alınıb.