06 June 2023

Ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Qahirədə İsrail rejiminin bayrağı yandırıldı

Misirli jurnalistlər Misir ordusunun anti-sionist əməliyyatını təqdir etmək və işğalçı rejimlə münasibətlərin normallaşdırılmasını pisləmək üçün Qahirədə toplaşıblar. Bu aksiya Misir Jurnalistlər Birliyi tərəfindən bazar ertəsi axşam “Normallaşmaya yox” şüarı ilə təşkil edilib. Bu mitinqdə sionist rejimin bayrağı yandırılıb.

Misir əsgəri şəhid Məhəmməd Salahın qəhrəmanlığını tərifləyən şüarlar səsləndirən aksiya iştirakçıları Fələstin xalqına və Fələstinin azad edilməsinə dəstək tələb ediblər.

İraq və Yaponiya arasında İranın nüvə sazişi müzakirə olunub

Dünən Bağdadda İraq və Yaponiya arasında siyasi məsləhətləşmələr toplantısında İranın 2015-ci il tarixli nüvə sazişi müzakirə edilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhrululum və Yaponiyanın xarici işlər nazirinin müavini Kansuke Naqaokanın iştirakı ilə keçirilən məsləhətləşmələrdə ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub.

Əfqanıstanda 80 məktəbli qız zəhərlənib

Əfqanıstan rəsmisi bildirib ki, ölkənin şimalındakı Sar-e-Pol şəhərində ibtidai məktəblərə iki ayrı hücumda azı 80 məktəbli qız zəhərlənib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Sar-e-Pol əyalətinin Milli Təhsil Müdiri Məhəmməd Rəhmani deyib: “Bu hadisələr şənbə və bazar günləri baş verib.

Bu hücumlar bir-birinin yanında yerləşən iki ayrı məktəbə edilib.

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı axtarış aparılıb

Türkiyə Milli Kəşfiyyat Xidməti (MİT) müxalifət partiyalarının dövlət çevrilişi etmək niyyətində olduqlarını öyrənib.

Operativtv.com Unikala istinadən xəbər verir ki, çevrilişə cəhd prezident seçkilərinə bir gün qalmış, mayın 13-nə planlaşdırılıbmış. 

Məlumata görə, MİT 2016-cı ildə baş verənlərə bənzər dövlət çevrilişinə cəhdin hazırlanması barədə məlumat aldıqdan sonra hərəkətə keçib. 

“İran diplomatiya yolundan imtina etsə..." - Blinkendən xəbərdarlıq

Tehran nüvə problemini həll etmək üçün diplomatik səyləri rədd edərsə, Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ dövlət katibi Antoni Blinken bildirib. 

Qırğızıstanda ‘dövlət çevrilişi’ işi üzrə kütləvi həbslər olub

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) “hakimiyyətin zorla ələ keçirilməsi” işi üzrə 30-dan çox şəxsi saxlayıb.

Onlardan müxalif Eldik Keneş partiyasının lideri Roza Nurmatova da daxil 5 nəfəri DMTK-nın həbsxanasında saxlanır.

Təhlükəsizlik əməkdaşlarının versiyasına görə bu qrup vətəndaş “hakimiyyətdən narazı vətəndaşları öz sıralarına cəlb etmək məqsədilə son bir ildə ölkə boyunca planlı iş aparıb”.

Banklar niyə bağlanır? - Mərkəzi Bankdan açıqlama

"Azərbaycanda fəaliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır". 

Operativtv.com Toplum TV -yə istinadən  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Müxalifətçi prezident İlham Əliyevi tənqid etdiyinə görə 30 sutka həbs edilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, ictimai fəal Əmrah Təhməzov 30 sutka həbs edilib. Bu barədə bir həftə sonra məlum olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, Təhməzov Facebook-da prezident İlham Əliyevi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Zamin Salayevi azad etməyə çağırdıqdan sonra həbs edilib. Bu statusda o, Əliyevi kəskin tənqid edib.

Vəkil karserdə olan Tale Bağırzadə ilə görüşüb

Mayın 5-də vəkili Fəxrəddin Mehdiyev 12 saylı cəzaçəkmə müəsisəsində karserdə olan Hacı Tale Bağırzadə ilə görüşüb. Vəkilin verdiyi məlumata görə Hacı Tale artıq üç gündür ki, karserdədir. “ Tale Bağırzadə karserə iyunun 2-də salınıb. Buna səbəb hər gün iki dəfə saya düzülən məhbuslarla bağlı olub. Belə ki, say işlərini aparan müəsisə işçisinin dəyişdirilməsi problemə yol açıb.

Şeydayev "Qarabağ"la vidalaşdı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə o, "Instagram" hesabında yazıb.

27 yaşlı hücumçu keçmiş komandasına təşəkkür edib.

"Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam", - o qeyd edib.

İsrail Knessetinin nümayəndə heyəti Azərbaycanda görüşlər keçirir

Operativtv.com Amerikanıın Səsinə istinadən xəbər verir ki, İsrail Knessetinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti iyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda Avropa Məhkəməsi qərarların icrasını müzakirə edəcək

Avropa Şurası Nazirlər Komitəsi 5-7 iyun tarixlərində Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət etmək üçün rüblük iclasını keçirəcək.

Nazirlər Komitəsinin gündəliyində olan məhkəmə qərarları Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova, Şimali Makedoniya, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniyaya aiddir.