Ölüm pəncəsində can verən məhbuslar; Laqeydlik qurbanları

Pentensiar xidmətin ölüm kameralarına dönən işgəncə otaqları neçə-neçə məhbusun həyatına son qoyduğunu bir Allah bilir. Ən kiçik etirazlar elə hakimiyyətsayağı sərt cəzalanma metodu ilə məhbusları elə işgəncə ilə baş-başa qoyur ki, bu digər məhbuslara göz dağı olduğu kimi etiraz edənlərə də ömürlük zədə, sağalmaz yara və ya ölüm möhrü vurur. 

Hökm verən, icra edən və məlumatı gizlədən eyni əllə idarə olunduğundan istənilən etiraz nəticəsiz olaraq mövzu elə dəmir qapılar arxasında da qapadılır.

Bu günlər müəmmalı ölümü ilə bir çox şübhələr yaradan Tale Yusifovun həbsxanada sona çatan ömür dəftəri qapadılınca vəziyyətin ağırlığı səbəbinə etiraz edən ailələr növbəti dəfə məhbusları ilə bağlı həyəcan təbili vurmağa başladı. 

Zatən günahsız, şərlənərək həbs olunan inanclıların işgəncə səbəbindən kiçik kameralaralara dəfələrlə çox məhbus yerləşdirmə ardından səbəbsiz olaraq həbs dövrləri uzadıldı. Bu azmış kimi başlanan məhkəmələr şahid çatışmamazlığından bəzən aylarla təxirə düşməklə məhbusun məşəqqətini artırmağa davam edir. Məlum məsələ olaraq sıxlıq, çətinlik və beton döşəmələrdə xəstəliklərə tuş gələn günahsız inanclılara qarşı bu tip davranış planlıdır.

Zatən qapalı məkanlar, əsəb və stresslə yanaşı yaranan xəstəliklərə qarşı penitensiar xidmətin laqeydliyi onları ölümə sıralanmış qurbana çevirib. Hər növ çağrışlara baxmayaraq Penitensiar Xidmətin rəhbərliyi tərəfindən sifarişlənən tibbi xidmətin baxımsız vəziyyəti onların acı durumunu sona gətirməyə hesablanaraq susqun mövqeyində qətidir.

Bütün etirazlar isə yuxarılara müraciətə baxmayaraq qulaq ardına vurulmaqda davam edir. Nəticədə dünən Tale Yusifovun cənazəsi hazırlanan otaq sabah növbəti məhbusun cansız bədəninin təhvili ilə sonuclanacağı şübhəsizdir.