MBH üzvü Amal Əhmədli 3 il müddətinə azadlıqdan məhrum edilib

Aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əhmədli Amala hökm oxuyub. Məhkəmə onun barəsində CM-nin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham aktına baxıb.

Hakim Səbinə Məmmədzadə dövlət ittihamçısının müttəhim barəsində istədiyi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəfin təqdim etdiyi sübutları nəzərə alınması ilə son qərarı elan edib. O, inanclı Amal Əhmədli barəsinə yetərli sübutların olmaması və bütün məhkəmə boyu şahidlərin saxta ittihamlarını əsaslı sayaraq onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, MBH üzvü Amal Əhmədli 2023-cü il 9 mart tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına Amal Əhmədlini də daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 73-ə yüksəlib.