İnkişaf Yolu Anlaşma Memorandumu imzalandı

Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinin ən mühüm mövzularından biri olan İnkişaf Yolu üçün imzalar atılıb. Layihənin əhatə etdiyi 4 ölkə Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Bağdad Hökumət Sarayında ilk rəsmi addımı atılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin himayəsi altında İraq, Türkiyə, Qətər və BƏƏ arasında İnkişaf Yolu Layihəsində əməkdaşlığa dair dördlü anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, İraqın nəqliyyat naziri Rezzak Muhaybis, Qətərin nəqliyyat və kommunikasiya naziri Casim bin Seyf əs-Sulayti və BƏƏ-nin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui də iştirak ediblər.