Gəncə məhbusu ölümün pəncəsində

Həbsxanalarda rüşvət halları ilə yanaşı siyasi təzyiq, səhhətində ciddi problemlər yaşanan məhbusların vəziyyətini təhlükə altına alıb. Artıq Pentensiar Xidmətdə genişlənən işgəncələr üzərindən ölüm faktlarının artması bu məsələdə xüsusi həssaslığı göz önünə alır.

İnanclıların həbsləri gerçəkləşən ortam say etibarı ilə kütləvilik səbəbindən kameralarda sıxlıq bir çox xəstəliklərə yol açıb ki, xidmətin tibbi laqeydliyi bu məsələnini aktuallığını pik həddinə yüksəldib.

Məhbusların səhhəti deyil, tələb olunan yüksək məbləğlərin ödənilməsi bu gün bir çox məhbusları ölümlə qarşı qarşıya qoyur. Müalicə üçün müraciətlər cavabsız, müəssisələrdə rüşvət tələbi süni maniələrlə hər an təhlükəli bir vəziyyətin can alacaq həddə qədər yüksəldiyini söyləməyə əsas verir.

Gəncə təcridxanasıında saxlanılan və vəziyyəti sözün əsil mənasında kritik olan Elnur Cəfərovun durumu dediklərimizə əyani nümunələrdən biridir. Çoxsaylı müraciət, kəskin ürək ağrıları, remmatizm kimi ürək aritmiyasının pozulması, mədə-bağırsaq problemlərinin durumunda ciddi çəki itirməsi kimi çoxsaylı problemlərlə bağlı Elnur Cəfərovun təcridxana tibbi müəssisəsinə müraciətinə baxmayaraq onu hər hansı bir müayinə və müalicəyə cəlb etməsi hələ də icra olunmur.

Artıq aylardır ciddi ağrılar yaşayan Cəfərovun ailə tərəfindən göndərilən dərmanlarla kor-təbii müalicəsi isə onun hərəkət imkanlarının məhdudlaşmasına gətirib çıxarıb.

Onun bu vəziyyətində müraciətlərinə susqun yanaşan Penitensiar Xidmətin tibbi mərkəzi insan həyatına belə laqeyd yanaşmaqla az qala sıralanan məhbusları ölümə doğru çəkməkdədir. Medianın durmadan işıqlandırdığı mövzunun nə qədər ciddi olmasını xatırladaraq əlaqədar orqanların məsələnin həllinə ciddi yanaşmalarını və növbəti can qurbanının qarşısını almalarını onlara tövsiyyə edirik.