Arzuların axtarışı

Bir zamanlar müstəqilik, suverenlik arzuların nəhayəti olaraq bərpa olunanda rus diktəsi, sovet əsarəti, Moskva fərmanını tarixin səhifələrinə tikəcəyi ümidi, yeni, şahlı bir dönəmin başlanğıc arzusu ilə hər kəsə şadlıq hissi yaşatdı. Böyük və acı bir mübarizə, müharibə, mücadilə dönəmini keçərək qanunun şah və xalqın varlığına bağlı, həmahəng olacağı ümidi hər bir azərbaycanlıya məşəqqətlərə sinə gərmək gücü verdi. 20 yanvarda üzərinə tanklar yeridilən əliyalın xalq parlaq bir sabahın gələcəyi, millətin azad yaşayacağı ümidi ilə öz şirin canından keçdiyi halda, müharibələr, terrorlar, qarşıdurmalar, aclıq və çətinliklər bu milləti sabahın parlaq nurunda ümidlərinin gerçək olacağı arzu ilə onu mübarizədən usandırmadı. 

Nəhayət, bu gün torpaqlarının böyük çoxluğu azad olan, bayrağı qürurla dalğalanan, sərhədləri şanlı əsgərinin qəhrəman duruşu ilə qorunan, təbii sərvətləri Azərbaycanı inkişaf edən ölkələr sırasına qədər yüksəltsə də, bütün bunlar xalqın gözlədiyi bir sabahı onun həyatına gətirmədi. Arzular ilk öncə vətəndaşını bu sevincin ocağına toplarkən “nəhayət” deyib arzuladığı bir həyatı başlamaq əvəzinə onu hər gün durmadan bu ölkənin sərhədlərindən daha uzaqlara qaçmağa məcbur etdi.

Hər ötən gün kiçik fürsət əldə edən sadə azərbaycanlı bu ölkənin əmniyyətsiz hala gələn, yaşadığı haqsızlıqları bir zamanlar ölkənin xaricindən cavablamaq ümidi ilə yollara baxan sovet vətəndaşından daha acınacaqlı hala gəldi. Qanun kimlərinsə diktəsi, məhkəmə əmr sahiblərinin və harınlamış şəxslərin hesabına dəyişmə qüdrətinə malik durumda ikən siravi vətəndaşa seçimi yalnız və yalnız ölkəni tərk etməkdən başqa yol buraxmadı.

Dəyişikliklərə ümidi itən bir ölkə olaraq Azərbaycanın rəngli dəyişikliyi yalnız az qism şəxsləri xöşbəxt edincə qanusuzluğun hədəfinə tuş gəlmək istəməyənlərə ölkədən getmək tək çıxış yolu oldu.

Statistik göstəricilərin hər saat dəyişdiyi reallıq kimlərinsə suya düşən arzuları ikən kimlərinsə daha böyük dəhşət yaşanmaması üçün özünə əlverişli ölkə axtarışı üçün son çarədir.

Bəs sabah? Bu gediş Azərbaycanı hansı qorxulu sabaha doğru apardığı artıq heç kəs üçün gizlin deyil. Ümid qapılarının bağlandığı gerçəklik bu vəziyyəti dərinləşdirənlər üçün də xoş bir şey vədə etmədiyi bəllidir. Dünya praktikasında bu hallar dəfələrlə yaşanıb və acı nəticə ilə də sonlanıb. 

Hələ də düşünmək, baş verən hadisələrdən nəticə çıxarmaq üçün mümkün zaman dəyərləndirilə bilər. 

Düşünək...