Keçirilən məhkəmə iclasında Şeyx Sərdarın şəxsi işi məhkəməyə gətirilib. Vəkil şəxsi işlə tanış olmaq üçün vaxt istəyib. Növbəti məhkəmə prossesi may ayının 16-si saat 11:10-a təyin olunub.
Qeyd edək ki, saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli 2024-cü ilin yanvar ayının 24-dən qayda pozuntusu bəhanəsi 3 ay 7 saylı Cəzaçəkmə Müəssisəsində"kars"da (cərimə təcridxanasında) saxlanılıb. 4 mart 2024-cü ildə vəkil və ailəsinə xəbər vermədən və vəkilin iştirakı olamdan online məhkəmə təşkil edərək Şeyx Sərdar haqqında 1 il müddətində həbsxana , qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə (sabiq Qobustan həbsxanasına) köçürülməsi ilə bağlı qərar qəbul edilib.
Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb