ABŞ universitetlərində Qəzzakı vəhşiliyə etiraz edənlər Netanyahuda narahatlıq yaradıb

ABŞ-ın əksər universitetlərinin kampuslarında işğalçı İsrailin Qəzzada dinc sakinləri qətlə yetirməsinə qarşı uzun müddət davam edən etiraz aksiyalarından sonra narahatlıq yaşayan İsrail rejimin baş naziri Benyamin Netanyahu nümayişlərin dayandırılmasını istəyib.

Rejimin baş naziri Binyamin Netanyahu mövzu ilə bağlı ingilis dilində videomüraciət yayıb.

Netanyahu Qəzzada qan tökülməsinə son qoyulmasını tələb edən tələbələrin nümayişlərinin "antisemit" olduğunu iddia edib.

ABŞ universitetlərində keçirilən nümayişləri "dəhşətli" adlandıran Netanyahu bu etirazların dayandırılmasını istəyib.

Netanyahu iddia edib ki, ABŞ-da bəzi əyalət, yerli və federal rəsmilər bu anti-işğal etirazlarına reaksiya versə də, lakin daha çox iş görülməlidir.

İsrailin "haqsız yerə soyqırımda ittiham edildiyini" iddia edən Netanyahu, "antisemit" olduğunu iddia etdiyi nümayişlərə hər kəsin reaksiya verməsi lazım olduğunu bildirib.

Aprelin 18-də Kolumbiya Universitetində fələstin tərəfdarı tələbələr məktəbin Fələstinin işğalını və Qəzzada soyqırımı dəstəkləyən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün kampusun qazonunda oturaq aksiyaya başlayıblar.