Əl-Sinvar Qəzzada münaqişə bölgələrinə gedərək müqavimət qüvvələri ilə görüşüb

HƏMAS hərəkatından bir mənbə Yəhya əs-Sinvarın Qəzzada müqavimət qüvvələri ilə görüşdüyünü elan edib və İsrail rejim mediası bu hadisəni rejim və döyüş kabinetinin uğursuzluğu kimi qiymətləndirib.

Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS liderlərindən biri bildirib ki, HƏMAS hərəkatının Qəzzada lideri Yəhya əs-Sinvar bu yaxınlarda müqavimət qüvvələri ilə işğalçı rejim ordusu arasında qarşıdurma bölgələrinə səfər edib və bu hərəkatın bəzi qüvvələri ilə görüşüb.

Bu mənbə əl-Ərəbi əl-Cədid kanalına verdiyi müsahibədə hərəkatın daxili liderləri arasında bu yaxınlarda keçirilən məsləhətləşmələr zamanı əs-Sinvar xaricdəki Həmas liderlərini Qəzza zolağında müqavimətin şərtləri barədə məlumatlandırıb. Dəqiq statistikaya və sahə hesabatlarına əsaslanaraq, o, işğalçı rejim qüvvələrinə qarşı mübarizədə öz mövqeyini, gücünü və nüfuzunu vurğulayıb.

ABŞ-ın “Nyu-York Tayms” qəzeti sionist rejim və ABŞ-ın bir çox rəsmilərinə istinadən 200 günlük müharibə və Qəzzada sionist rejimin soyqırımından sonra HƏMAS-ın Qəzza zolağında malik olduğu qüdrət haqqında bunları yazıb:

“Həmas və digər Fələstinin silahlıları hələ də meydandadır və müharibəni davam etdirmək üçün hələ çoxlu imkan və gücə malikdirlər.

Qəzzanın şimalında hər bölgədə sıx mühasirəyə baxmayaraq, təxminən 4-5 min əsgər müqavimət göstərir”.

HƏMAS-dan olan mənbədən bu açıqlamanı davam etdirərək sionist rejim mediasının əs-Sinvar haqqında dərc etdiyi məqalələrlə bağlı yazır: “Əs-Sinvarın təcrid olunduğu və tunellərdə gizləndiyi deyilir, bu, yalnız Netanyahu və onun bəyanatıdır. Agentliklər, İsrail və onun müttəfiqlərinin Qəzzaya hücumu onların məqsədlərinə çata bilməmələrini ört-basdır etmək üçün açıq bir iddiadır. Lakin görünən budur ki, HƏMAS döyüşür və hərəkatının lideri əl-Sinvar döyüş meydanında üzərinə düşəni edir.”

Əl-Sinvarın Qəzza küçələrində olması, müqavimət qüvvələri ilə qarşılaşması və münaqişə bölgələrinə getməsi xəbərinin doğruluğu təsdiqləndikdən sonra bu açıqlamalar işğal olunmuş ərazilərdə yaşayanların qəzəbinə səbəb olub və ictimai rəydə sunami yaradıb.

İbrani qəzetlərindən olan “İsrael Hayom” bəzi sionist kəşfiyyat mənbələrinin əs-Sinvarın tunellər vasitəsi ilə Qəzzaya getməsi xəbərinin doğru olduğunu vurğulayıb.