Venesuela Prezidenti: Ayətullah Xamenei dünyada baş verən prosesləri dəqiq və dərin təhlil edir

Venesuela Prezidenti İranla dostluğun real və strateji xarakter daşıdığını və müvəqqəti olmadığını vurğulayıb, İnqilabın Ali Rəhbəri ilə görüşlərinə toxunub, onu müdrik bir insan adlandıraraq deyib: “Ayətullah Xamenei dünya və onun hadisələri ilə bağlı dəqiq və dərin təhlillərə malikdir və biz həmişə onun tövsiyələrindən faydalanırıq.

Nikolas Maduro Venesuelaya səfər etmiş Elm, Tədqiqat və Texnologa nazirinin mədəniyyət və ictimai məsələlər üzrə müavini, həmçinin Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının katibi ilə görüşündə İran nümayəndə heyətinin bu ölkəyə səfərindən məmnunluğunu ifadə edib, İran və Venesuela arasındakı münasibətləri qardaşlıq, dərin və qədim əlaqələr adlandıraraq vurğulayıb: “Bu münasibət dəyər və prinsiplərə uyğun olmalıdır.”
Şiddət göstərən bir dünyada yaşadığımızı bildirən Prezident deyib: “Venesuelanın mərhum Prezidenti Uqo Çaves 21-ci əsri xalqlar əsri hesab edirdi. Biz 21-ci əsrin bir hissəsiyik.”
Venesuela Prezidenti sözünə belə davam edib: “21-ci əsr bizim əsrimizdir və heç kim azadlıq və müstəqillik, dinc yaşamaq, mənəviyyat, mədəniyyət və dini bağlılıqlar hüququnu bizim əlimizdən ala bilməz.”