Əfqanıstanda 80 məktəbli qız zəhərlənib

Əfqanıstan rəsmisi bildirib ki, ölkənin şimalındakı Sar-e-Pol şəhərində ibtidai məktəblərə iki ayrı hücumda azı 80 məktəbli qız zəhərlənib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Sar-e-Pol əyalətinin Milli Təhsil Müdiri Məhəmməd Rəhmani deyib: “Bu hadisələr şənbə və bazar günləri baş verib.

Bu hücumlar bir-birinin yanında yerləşən iki ayrı məktəbə edilib.

Bu, 2021-ci ildə Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra qız tələbələrə qarşı ilk belə hücumdur".

Digər tərəfdən, açıqlamada hücumun təfərrüatları və zəhərlənmənin növü qeyd edilməyib.

Qeyd edək ki, Əfqanıstandakı Taliban hökumətinə görə, qızların altıncı sinifdən sonra təhsil almaq hüququ yoxdur.