11 May 2023

Türkiyə Rusiyaya 600 milyon dollarlıq qaz ödəməsini gecikdirir

Energetika naziri Fatih Dönmez ötən həftə Ankara və Moskvanın enerji ödənişlərini müəyyən məbləğə qədər təxirə salmaq barədə razılığa gəldiyini açıqlasa da, təfərrüatları açıqlamayıb. Türkiyə Rusiya ilə imzaladığı müqavilə çərçivəsində 600 milyon dollarlıq təbii qaz borcunu 2024-cü ilə qədər təxirə salıb.

Rusiya və Ukrayna nazir müavinləri Türkiyədə görüş keçiriblər

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazir müavinləri taxıl təşəbbüsü ilə bağlı görüş keçiriblər.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinin iştirakı ilə taxıl təşəbbüsü və digər məsələlərlə bağlı görüş keçirilib.

"Hacı Cavad", "Şah Abbas" və digər 5 məscidə imam təyin olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib. Təyinat alan şəxslər aşağıdakı siyahı üzrə müəyyən edilib:

1. Verdiyev Məhəmməd Həsən oğlu - Zaqatala rayonu, "Yengiyan" kənd məscidi (İmam müavini)

2. Qulamov Asif Ərəstun oğlu - Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi (İmam müavini)

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyada diplomatik fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyadakı nümayəndəliyinin fəaliyyətə başladığını açıqlayıb. Suriyanın Ərəb Liqasına qayıtmasından bir neçə gün sonra və Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqasının növbəti sessiyasında Bəşər Əsədin iştirakının mümkünlüyü ilə bağlı Səudiyyə Xarici İşlər Nazirliyi Suriyadakı diplomatik nümayəndəliyinin rəsmi olaraq başladığını açıqlayıb.

ABŞ Dövlət Departamenti “taxıl sazişi”nin uzadılmasına çağırıb

ABŞ Dövlət Departamenti Qara dəniz üzrə taxıl təşəbbüsünün davam etdirilməsinin zəruriliyini qeyd edib və onun uzadılmasına çağırıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bildirilib ki, gəmilərin Ukrayna limanlarına daxil ola bilməsi və daha çox ərzağın dünya bazarlarına çıxarılması üçün bu təşəbbüsün uzadılmasına ehtiyac var.

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Operativtv.com Reporta istinadən məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyevin ilk görüşləri 1/32 final mərhələsinə təsadüf edəcək.

Mehdiyev bu raundda kamerunlu Kevin Budayinlə, Fətiyev isə rumıniyalı Aleks Kretlə üz-üzə gələcək.

İsrailə 400 raket atıldı: ölkə ordusu hərbi əməliyyata başlayır

Qəzzadan İsrailə 400-ə yaxın raket atılıb, onlardan bəziləri yaşayış binalarına düşüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri bildirib. Səlahiyyətlilər ölkə ordusunun “Dam döymək” əməliyyatına başladığını da açıqlayıb.

Qeyd olunur ki, əməliyyat zamanı ordu Qəzzanın infrastrukturunun yerləşdiyi çoxmərtəbəli binaları məhv etmək niyyətindədir.

CHP seçiləcəyi təqdirdə xarici siyasəti tam dəyişəcəyini açıqladı

"Xarici siyasəti 180 dərəcə dəyişəcəyik" - bunu Türkiyə prezidentliyinə namizəd müxalif CHP sədri Kamal Kılıçdaroğlu deyib. O, iqtidarın hazırkı xarici siyasətini pisləyib: "Döyüşkən xarici siyasət ola bilməz. Ərəb dünyasının daxili işlərinə qarışmaq əsla doğru deyil. Xarici siyasəti 180 dərəcə dəyişəcəyik. Yəni edilənlər yanlışdır. Bunu düzgün zəminə qoymaq lazımdır", - deyə müxalifətçi bildirib.

Apellyasiya Məhkəməsi dini fəalı həbsdə saxlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, mayın 10-da Bakı Apellyasiya Məhkəməsində Fərid Eyyubovun sədrliyi ilə dini fəal Murad Abdullayevin narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbsindən verilmiş şikayətə baxılıb.

Fəalın bacısı Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, fəalı həbsdə saxlayıb.

Mayın 11-də Abdullayevin ev dustaqlığına köçürülməsindən imtina ilə bağlı verilmiş şikayətə baxılacaq.

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Gürcüstan prezidenti Putinin viza rejiminin ləğvi ilə bağlı fərmanını "növbəti təxribat" adlandırıb

Rusiya prezidenti Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib və Rusiya avia-şirkətlərinə Gürcüstana uçuşlara icazə verib. Bu barədə rəsmi informasiya portalında bildirilib.

Fərmanlara əsasən, Gürcüstan vətəndaşları Rusiyaya milli pasport və şəxsiyyəti təsdiq edən digər sənədlərlə gedə biləcək. Eyni zamanda, Rusiyaya 90 gündən çox müddətə işləmək və ya təhsil almaq üçün viza rejimi qalacaq.

Rəsmi Moskva Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasının yeganə yolunu üçtərəfli bəyanatda görür

"ABŞ Dövlət katibi Antoni Blinkenin Vaşinqtondakı danışıqlarda əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilməsi ilə bağlı bəyanatları Azərbaycan və Ermənistan tərəfinin şərhləri ilə ziddiyyət təşkil edir".

Operativtv.com Amerikanın Səsinə istinadən bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova mayın 10-da keçirdiyi brifinqdə söylədiyini bildirir.