Rusiya Şahin Şıxlinski barəsində axtarış elan edib

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib. 

Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şıxlinskinin konkret olaraq hansı cinayət maddəsi ilə axtarıldığı məlum deyil. 

Şahin Şıxlinski iyulun 1-də Rusiyada oğlu ilə birlikdə saxlanılmışdı. Sonradan Şahin Şıxlinski sərbəst buraxılıb, lakin oğlu Mutvalı Şıxlinski “hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” maddəsi ilə istintaq təcridxanasına göndərilib.

Şıxlinskinin dindirilməsindən bir neçə gün əvvəl Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları Azərbaycan mənşəli 50-dən çox şəxsi saxlamışdı, onlardan iki nəfər sonradan ölüb.

Azərbaycana əsilli şəxslərin Rusiyada saxlanılması Bakı ilə Moskva arasında münasibətlərin pisləşməsinə səbəb olub. Buna cavab olaraq, Azərbaycan tərəfi də bir neçə Rusiya vətəndaşını saxlayıb — onların arasında proqramçılar, eləcə də “RT” və “Sputnik Azərbaycan” əməkdaşları da var.

Azərbaycanın Baş Prokurorluğu isə öz vətəndaşlarının Rusiya hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə məruz qalması və öldürülməsi faktı üzrə cinayət işi açıb.