Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə endirdiyi zərbələr nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov açıqlama verib:
“Hadisə gecə saatlarında baş verib. Hazırda yaralılara zəruri tibbi yardım göstərilir. Bununla yanaşı, müəssisənin ərazisindəki tikililər və yaxınlıqda yerləşən evlərə ziyan dəyib”.
Analoji hadisə iyunun 23-də İsrail tərəfindən də Tehranda gerçəkləşmişdi. İsrail o zaman havadan hücum etməklə Tehranda yerləşən və siyasi məhbusların saxlanıldığı Evin həbsxana zərbə endirmişdi.
Oxşar ssenarilər: Əvvəl İsrail İranda, indi də Rusiya Zaporojyedə cəzaçəkmə müəssisəsini vurub