Hollandiya Təhlükəsizlik və Terrorla Mübarizə Agentliyi (NCTV) İsrailin ilk dəfə olaraq Hollandiya üçün təhlükə yaradan ölkələr siyahısına əlavə edildiyini açıqlayıb.
NCTV tərəfindən dərc edilən "Dövlət Aktyorlarının Təhlükə Qiymətləndirilməsi" başlıqlı hesabatda İsrailin dezinformasiya fəaliyyətləri ilə Hollandiyanın ictimai rəyinə və siyasi qərarların qəbuluna təsir göstərməyə çalışdığı bildirilir.
“İsrailin Hollandiya siyasətinə və cəmiyyətinə təsir etmək cəhdləri” başlıqlı hesabatda keçən il Amsterdamda “Makkabi Tel-Əviv” azarkeşləri ilə bağlı insidentlərdən sonra İsrail hökuməti nazirliyi tərəfindən hazırlanan və rəsmi kanallar xaricində Hollandiyalı siyasətçilərə və jurnalistlərə göndərilən sənəd diqqətə çatdırılıb.
Hesabatda Hollandiya vətəndaşlarının adlarının yer aldığı, qeyri-adi və arzuolunmaz məlumatların yer aldığı sənəddə İsrail və ABŞ-ın Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı təhdidlərinin qurumun fəaliyyətini poza biləcəyi qeyd edilib.
Hesabatda vurğulanıb ki, Hollandiya beynəlxalq hüquq institutlarına ev sahibliyi edən ölkə kimi bu təhlükələr qarşısında xüsusi məsuliyyət daşıyır.
NCTV-nin hesabatında ilk dəfə olaraq İsrail Hollandiya üçün təhlükə yaradan ölkələr siyahısına daxil edilib.
NCTV əvvəllər Hollandiya agentlikləri arasında İsrail mənşəli casus proqramlar və dinləmə cihazları ilə bağlı narahatlıqlar bildirsə də, bu hesabatda casusluq bölməsində İsraildən bəhs edilməyib.
Daha bir ölkə İsraili təhlükə yaradan ölkələr siyahısına əlavə etdi