İdlibdə silah anbarında partlayış baş verib, 6 nəfər ölüb

Suriyanın İdlib bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

“Anadolu” xəbər agentliyi xəbər verir ki, partlayış silah-sursat anbarında baş verib.

Suriya Mülki Müdafiə təşkilatı dağıntılar altında qalanların olduğunu və ölü sayının artacağını bildirib.

SANA xəbər agentliyi 140 nəfərin yaralandığını xəbər verib.

Ard-arda baş verə partlayışların xilasetmə tədbirlərinə mane olduğu qeyd olunub.

Hadisənin baş vermə səbəbləri məlum deyil