İraq Sərhəd Xidməti Ərbəin ziyarəti üçün 11 sərhəd keçid məntəqəsində tam hazırlıq görüb.
İraqın Sərhəd Keçid Məntəqələri İdarəsi bildirib ki, İmam Hüseynin (ə) Ərbəin ziyarəti ilə əlaqədar ölkəyə gələn zəvvarların rahat və fasiləsiz keçidini təmin etmək üçün bütün resurslarını səfərbər edib.
İdarənin sözçüsü Alaauddin əl-Qeysi bildirib ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani tərəfindən verilən göstərişə əsasən, zəvvarlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 11 quru və hava sərhəd-keçid məntəqəsində hazırlıqlar tam başa çatdırılıb.
Sərhəd Keçid Məntəqələri İdarəsinin rəhbəri Ömər Ədnən əl-Vailinin göstərişi ilə insan resursları tam səfərbər olunub, həmçinin Daxili İşlər və Səhiyyə nazirlikləri ilə əməkdaşlıq gücləndirilib. Məqsəd zəvvarların ölkəyə girişini sürətləndirmək və hər hansı gecikmənin qarşısını almaqdır.
Ziyarət zamanı böyük izdihamın gözlənildiyini nəzərə alaraq, logistika və təhlükəsizlik tədbirləri də maksimum səviyyədə gücləndirilib.
Ərbəin zəvvarları üçün İraq Sərhəd Xidməti tam hazırlıq görüb