Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.
Bu barədə Kanada hökumətinin başçısı Mark Karni “X” hesabında yazıb.
"Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə təminat verən iki dövlət prinsipini dəstəkləyir", - Karni bildirib.
O, Ottavanın BMT-də bu məsələyə həsr olunmuş konfransda xarici işlər nazirlərinin görüşü də daxil olmaqla bütün təşkilatlarda bu məqsədə nail olmaq üçün fəal çalışacağını qeyd edib.
Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.
Kanada Fələstin dövlətinin BMT-də tanınmasını tələb edir