Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyada diplomatik fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Suriyadakı nümayəndəliyinin fəaliyyətə başladığını açıqlayıb. Suriyanın Ərəb Liqasına qayıtmasından bir neçə gün sonra və Səudiyyə Ərəbistanında keçiriləcək Ərəb Liqasının növbəti sessiyasında Bəşər Əsədin iştirakının mümkünlüyü ilə bağlı Səudiyyə Xarici İşlər Nazirliyi Suriyadakı diplomatik nümayəndəliyinin rəsmi olaraq başladığını açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentlikləri bununla bağlı aşağıdakı açıqlamanı verib: “Səudiyyə Ərəbistanı ilə Suriya Ərəb Respublikası xalqları arasında olan qardaşlıq münasibətləri və ortaq ərəb ölkələri olaraq fəaliyyətimizə verdiyi önəmdən irəli gələn inkişafa uyğun olaraq Regional sabitlik və təhlükəsizlik mövzusunda və Ərəb Liqasının 7 may 2023-cü il tarixli bəyanatına uyğun olaraq Səudiyyə Ərəbistanı bu ölkədəki diplomatik nümayəndəlik fəaliyyətinə yenidən başlamaq qərarına gəlib.”