Türkiyə Rusiyaya 600 milyon dollarlıq qaz ödəməsini gecikdirir

Energetika naziri Fatih Dönmez ötən həftə Ankara və Moskvanın enerji ödənişlərini müəyyən məbləğə qədər təxirə salmaq barədə razılığa gəldiyini açıqlasa da, təfərrüatları açıqlamayıb. Türkiyə Rusiya ilə imzaladığı müqavilə çərçivəsində 600 milyon dollarlıq təbii qaz borcunu 2024-cü ilə qədər təxirə salıb.

Reuters-ə danışan adının çəkilməsini istəməyən iki mənbəyə görə, 4 milyard dollara qədər enerji ödənişi gələn ilə təxirə salına bilər. Türkiyənin ən çox enerji idxal etdiyi ölkə ilə əldə etdiyi bu razılaşma, hazırda problemli səviyyədə olan valyuta ehtiyatlarına təzyiqi azaldacaq.

Mövzu ilə bağlı məlumatlı mənbələrdən biri, "Rəsmi olaraq 600 milyon dollarlıq ödəniş gələn ilə qaldı. Enerji qiymətlərindəki artım bunda çox təsirli oldu" deyir. Eyni mənbə bildirib ki, enerji qiymətlərinin gedişindən asılı olaraq oxşar ödənişlər yaxın aylarda təxirə salına bilər. Energetika naziri Fatih Dönmez ötən həftə Ankara və Moskvanın enerji ödənişlərini müəyyən məbləğə qədər təxirə salmaq barədə razılığa gəldiyini açıqlasa da, təfərrüatları açıqlamayıb.

Türkiyənin enerji idxalı keçən il 100 milyard dollara yaxınlaşaraq rekord qırdı. Fevral ayına qədər olan 12 aylıq dövrdə Rusiyadan idxal etdiyi 53,5 milyard kubmetr təbii qazın 39 faizini alıb.