CHP seçiləcəyi təqdirdə xarici siyasəti tam dəyişəcəyini açıqladı

"Xarici siyasəti 180 dərəcə dəyişəcəyik" - bunu Türkiyə prezidentliyinə namizəd müxalif CHP sədri Kamal Kılıçdaroğlu deyib. O, iqtidarın hazırkı xarici siyasətini pisləyib: "Döyüşkən xarici siyasət ola bilməz. Ərəb dünyasının daxili işlərinə qarışmaq əsla doğru deyil. Xarici siyasəti 180 dərəcə dəyişəcəyik. Yəni edilənlər yanlışdır. Bunu düzgün zəminə qoymaq lazımdır", - deyə müxalifətçi bildirib. xatırladaq ki, Kılıçdaroğlu Azərbaycanla bağlı da fikirlərdə fərqli mövqey nümayiş etdirir. Onun hakimiyyəti tənqidi, siyasi münasibətlərdə Azərbaycan-Türkiyə arasındaki vəziyyəti onu göstərir ki, seçiləcəyi halda müxalifət lideri indiki hakimiyyətlə çox da isti münasibətlər vəd etmir.