Qətər Qəzza zolağına 49 yük maşını humanitar yardım göndərib

Qətər Qəzza zolağında yaşayan insanlar üçün növbəti humanitar yardım partiyasını yola salıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Humanitar yardım Misir və İordaniyaya çatdırılıb və bu yardım yaxın günlərdə Fələstin anklavının sakinləri arasında paylanacaq.

Yardım yükünə 4704 ailə üçün ərzaq dəstləri, təxminən 50 min nəfəri əhatə edəcək 200 ton ərzaq məhsulu, 174 ton un və 5 min ədəd uşaq qidası daxildir.

Bütün bu yardım BMT-nin Ümumdünya Ərzaq Proqramına təhvil veriləcək və Qəzza zolağında ehtiyac sahibləri arasında paylanacaq.