25 January 2023

Livanın Baş Prokurorluğu Beyrut limanı istintaqında bütün məhbusları azad edib

Livanın baş prokuroru 2020-ci ildə Beyrut limanında baş verən partlayışla bağlı aparılan istintaq çərçivəsində saxlanılan bütün şübhəlilərin azadlığa buraxılması barədə göstəriş verib. 4 avqust 2020-ci ildə Beyrut limanında partlayıcı maddələr olan anbarda baş vermiş partlayış nəticəsində 218 nəfər həyatını itirib. Baş prokuror Ghassan Oweidat-ın qərarı illərdir uzanan istintaqla bağlı növbəti "məhkəmə çevrilişi" kimi qiymətləndirilib.

“Türkiyə NATO-nu tərk edəcək”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Vətən Partiyasının sədr müavini Ethem Sancak Türkiyənin NATO-dan 5-6 ay sonra çıxacağını bildirib. Sancak, “NATO öz təxribatları ilə bizi bu hərəkətləri etməyə məcbur edir. Nəhayət, bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışır”-  xəbərdarlıq edib. İnci Sözlük-ün hazırladığı "İnci Şer" Youtube proqramının qonağı olan Vətən Partiyasının sədr müavini Ethem Sancak proqramdan sonra enbursa.com üçün xüsusi qiymətləndirmələr edib.

İxrac olunan Azərbaycan qazının dəyəri dəfələrlə artıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, 2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 18,965 milyard kubmetrdən artıq təbii qaz ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən 5,4 faiz və ya 1,08 milyard kubmetr aşağıdır.

Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, ixrac olunan Azərbaycan qazının dəyəri təqribən 14,99 milyard dollar təşkil edib ki, bu da inişilki göstəricidən (5,534 milyard dollar) 2,7 dəfədən çox və ya 9,455 milyard dollar yuxarıdır.

Məddah Vüqar Rəsulov 3 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məddah Vüqar Rəsulova (Vüqar Rəsul) hökm oxunub. Azad Məcidovun hakimliyi ilə keçən məhkəmədə məddah Vüqar Rəsulun CM-nin 234.3.4-cü maddəsi ilə başlanan cinayət işinə baxılıb. Dövlət iddihamçısı Fariz Rzayev maddəyə müvafiq olaraq Vüqar Rəsula 7 il 6 ay iş istəsə də, vəkili Rəşad Miriyev müdafiə etdiyi şəxsin qeyd olunan maddə ilə ittihamını əsassız sayıb. Sübutların yetərli olmadığını qeyd edən vəkil maddənin dəyişdirilməsini hakimdən istəyib.

Lebron Ceyms NBA-da yeni rekorda imza atıb

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.

Operativtv.com Report-a istinadən məlumatına görə, 39 yaşlı idmançı buna "Los-Anceles Klippers"ə 115:133 hesabı ilə uduzduqları oyunda yiyələnib.

Ceyms bu qarşılaşmada 46 xal toplayıb.

Beləliklə, təcrübəli basketbolçu NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu olub.

İmran Xan Pakistanda cari ilin seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib

Pakistanın keçmiş baş naziri İmran Xan bu il hakimiyyətə qayıdacağına əminliyini ifadə edərək, "seçkilərin saxtalaşdırılması" ehtimalından da ehtiyatlandığını bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İmran Xan bunu son müsahibəsində deyib.

Beynəlxalq Atom Agentliyinin baş direktoru: İranla nüvə sazişi çox pis vəziyyətdədir

"İran və dünya gücləri arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) çox pis vəziyyətdədir".

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində keçirdiyi görüşdə deyib.

Azərbaycandan BMT-yə kəskin etiraz: BMT Əhali Fondunun ölkə ofisinin rəhbəri Prezident Administrasiyasına çağırılıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı ofisinin rəhbəri bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dəvət olunub və ona təşkilat tərəfindən yanvarın 24-də Laçın yolundakı vəziyyətə dair verilmiş qərəzli, həqiqətə uyğun olmayan bəyanatla bağlı narahatlıq çatdırılıb.

KİV: “Qarabağ” Cicanın transferinə 550 min avro ödəyib

“Qarabağ”ın Redon Cicanın transferinə görə, Albaniya klubu “Tirana”ya ödədiyi məbləğ müəyyənləşib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarım milyondan çox xərc çəkib.

İddiaya görə, Albaniya millisinin hücumçusunun transferi Ağdam klubuna 550 min avroya başa gəlib.

Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Azərbaycan ordusunun əsgəri özünü güllələyib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 24-də Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Salahov odlu silahdan atəş açaraq intihar edib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.

Əl-Əzhər dini-elmi mərkəzi Quranın yandırılmasına görə Hollandiya və İsveç məhsullarını boykot etməyə çağırıb

Əl-Əzhər Qurani-Kərimin nüsxələrinin yandırılmasına cavab olaraq Ərəb və İslam xalqlarını bütün Hollandiya və İsveç məhsullarını boykot etməyə çağırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Əl-Əzhər dini-elmi mərkəzi bu barədə facebook səhifəsində çağırış edib.

Hizbullah sərhəd divarından hündür gözətçi qüllələri tikib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İsrail rejim mətbuatında yer alan xəbərlərə əsasən,  rejim ordusu sədd divarının tikintisini sürətləndirdiyi halda, Livan Hizbullah Hərəkatı şimal sərhədlərində sərhəd divarından daha yüksəkdə nəzarət qüllələri inşa edib. Şutula sakinləri İsrailin 12-ci kanalına bildiriblər ki, Hizbullahın sərhəd yaxınlığında tikilmiş və keçən ay yekunlaşan müşahidə qüllələrindən birinin hündürlüyü 18 metrdir. Bu İsrail ordusunun eyni ərazidə 9 metr hündürlüyündə divar hörməyə çalışmasına alternativdir.

Bu gün İmam Əliyyən Nəqinin (ə) şəhadət günüdür

Həzrət Əli ibni Muhəmməd (ə) 214-cü hicri ilində dünyaya gəlmiş və 254-cü ildə şəhid olmuşdur. O Həzrətin (ə) ləqəbi Hadi idi. Həzrət 233-cü ilə qədər Mədinədə yaşamışdır. Bu ildən sonra isə Samirra şəhərinə aparılmışdır. Ömrünün axırına qədər bu şəhərdə nəzarət altında yaşamışdır. İmam Hadinin (ə) imaməti də atası kimi uşaq yaşlarından başlamışdır. Əhli-Beyt (ə) cəmiyyəti daim Həzrətin (ə) xidmətində hazır idi.

Böyük Britaniyada əksəriyyəti Albaniya vətəndaşı olan 200-ə yaxın miqrant uşaq yoxa çıxıb

Böyük Britaniyanın immiqrasiya idarə başçısı Robert Cenrik 200-ə yaxın miqrant uşağın hələ də itkin düşdüyünü açıqlayıb. Britaniyalı məsul mövzu ilə bağlı parlamentin sualına cavabında 440-dan çox itkin miqrant uşaq hadisəsinin qeydə alındığını, onlardan 200-ə yaxınının bütün axtarışlara baxmayaraq indiyə qədər tapılmadığını açıqlayıb. Cenrik bildirib ki, itkin düşən uşaqların 88 faizi Albaniya vətəndaşlarıdır.