Hicab təklifi Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyası tərəfindən qəbul edildi

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, baş örtüyü- hicabla bağlı konstitusiya dəyişikliyi təklifi Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyası tərəfindən qəbul edilib.

Belə ki, hicabla bağlı müddəanın yer aldığı Konstitusiyaya dəyişiklik təklifi Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyası tərəfindən qəbul edilib. Təklifə əsasən qadınların hicablı geyiminə konstitusiya zəmanəti verilir. Bu maddənin qəbuluna etirazla bağlı CHP və İYİ Partiya birgə təklif irəli sürmüşdü. Lakin onların təklif rədd edilib. Bunun üzərinə CHP və İYİ Partiya millət vəkilləri salonu tərk edərək bu işdə narahatlıq ifadə etdiblər.