İmran Xan Pakistanda cari ilin seçkilərində qalib gələcəyinə əmin olduğunu bildirib

Pakistanın keçmiş baş naziri İmran Xan bu il hakimiyyətə qayıdacağına əminliyini ifadə edərək, "seçkilərin saxtalaşdırılması" ehtimalından da ehtiyatlandığını bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İmran Xan bunu son müsahibəsində deyib.

“İndiki halda, ölkənin Şri-Lankanın vəziyyətinə düşməməsi üçün Beynəlxalq Valyuta Fondunun ölkədə fəaliyyətini davam etdirməsinə dəstək verməkdən başqa alternativ yoxdur. Çox güman ki, avqustdan sonra keçiriləcək seçkilərə qədər ölkə iqtisadiyyatında vəziyyət daha da çətinləşəcək və ona dəstək üçün köklü plan hazırlayırıq”, deyə Xan bildirib ki, bu seçkilərdə qalib gələcəyinə əmindir.

İmran Xan “ABŞ və ya Çin kimi heç bir ölkədən asılı olmayan müstəqil xarici siyasətə” sadiq qalacağını deyib və bunun üçün bir nümunə kimi Hindistanın adını çəkib.