Roma Papası: Eynicinslilik cinayət deyil

“Eynicinsliliyi cinayət hesab edən qanunlar ədalətsizdir və Allah bütün övladları kimi onları da sevir”.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk “Associated Press“ə eksklüziv müsahibəsi zamanı deyib.

O həmçinin etiraf edib ki, dünyanın bəzi yerlərində katolik yepiskoplar eynicinsliliyi cinayət hesab edən və ya LGBT icmasına qarşı ayrı-seçkilik yaradan qanunları dəstəkləyir və Papa özü də bu məsələyə “günah” nöqteyi-nəzərindən yanaşıb.

Qeyd edək ki, Fransiskin bu şərhi bir Papa tərəfindən bu tip qanunlar haqqında söylənilən ilk fikirdir.