İsrailin təhlükəsizlik naziri Qəzzaya hücumla bağlı təhdid edib

 İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir yenidən Qəzzaya hücumla bağlı təhdid edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Ben Qvir bunu ötən gün axşam keçirdiyi mətbuat konfransında deyib.

İ.B.Qvir bəyan edib ki, onun ofisində israilli ekspertlər “Seyf əl-Qüds” döyüşü ssenarisinin təkrarlanması və Qəzzaya yenidən hücumla bağlı xəbərdarlıq ediblər.

“Əksər israilli ekspert və analitiklərin xəbərdarlıq etdiyi ən mühüm ssenari “Divarların keşikçisi-2” döyüşünün baş tutmaq ərəfəsində olmasıdır və bu səbəbdən polis qüvvələrini və sərhədi gücləndirmək barədə düşünməliyik. Milli Qvardiyanın yaradılması da bu ssenarinin təkrarlanmasının qarşısını almaq üçün idi”, deyə İsrailin təhlükəsizlik naziri bəyan edib.