18 January 2023

KİV: “ABŞ Yunanıstandakı hərbi bazasını genişləndirəcək”

ABŞ Yunanıstanın Larisa şəhəri yaxınlığındakı hərbi bazasını Avropa-Afrika Hərbi Hava Qüvvələrinin Baş Qərargahına çevirərək genişləndirəcək.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın bu ölkədəki bazasını qitələrarası hərbi qərargaha çevriləcək.

Növbəti əfv fərmanının yazda imzalanacağı gözlənilir

Operativtv.com Turana istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının hələlik iki iclası keçirilib. Birinci iclas yanvar ayının 12-də, ikinci iclas isə yanvar ayının 17-də olub. Bu barədə Turnan Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, iki iclasda Komissiyaya daxil olan 200-dən yuxarı müraciətə baxılıb. 

Məhkəmə Bəxtiyar Hacıyevi girov müqabilində azadlığa buraxmaqdan imtina edib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsi müdafiə tərəfinin ictimai fəal Bəxtiyar Hacıyevin əmlak girovu müqabilində azadlığa buraxılması haqqında vəsatətini təmin etməyib. Bu barədə Turan-a hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) SalamNews-a verilən məlumata görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Hədəfimiz vəhdətdir

Dosların, əzizilərin 8 illik fəaliyyət dövründə bölüşdükləri sevgi və dəstəyi bu ad günümüzdə də yaşadıq. İlk öncə bunu üçün hər kəsə dərin minnətdarıq. Amalımız dəyişmədən qalır: Haqqın yanında, batilin qarşısında, ümmətçilik prizmasından birlik və vəhdət! Bu şüarı rəhbər tutub addımlayan hərəkatın sevincli-kədərli bütün 8 illik həyat hekayəsinin hər bir vərəqini sizinlə çevirdik deyə, özümüzlə bağlı yeni nəsə söyləmək fikirində deyilik. Hərəkat elə sizə ilk gündən məqsədini aydınladan və xidmətinizdən qüruu duyan birlik və bərabərlik carçısıdır.

"Qarabağ" Serbiya komandasını məğlub etdi

“Qarabağ” Türkiyədəki təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni 1:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın qələbə qoluna 42-ci dəqiqədə kolumbiyalı futbolçu Kevin Medina imza atıb.

Ağdam təmsilçisi digər görüşdə isə Polşanın "Poqon" klubu ilə üz-üzə gələcək. Oyun saat 17:30-da start götürəcək.

"Tərtər işi" üzrə bəraət alanlara xəbərdarlıq edilib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 18-də "Tərtər işi" kimi tanınan cinayət işi üzrə zərərçəkənlər və bəraət alanlar Azərbaycan Demokrat Partiyasının qərargahında (ADP) tədbir keçiriblər.

Tədbirdə bu iş üzrə işgəncə ilə öldürülən şəxslərin yaxınları övladlarına şəhidlik statusunun verilməsini tələb edib. Tədbirdə keçən il dekabrın 6-da bəraət alan 2 nəfər də iştirak edib.

BƏƏ-də ərəb liderlərinin sammiti keçirilir

 Körfəz Əməkdaşlıq Şurasına üzv olan ərəb dövlətlərinin, habelə İordaniya və Misir liderləri bu gün BƏƏ-də bira araya gələcəklər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri, prezident Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah zirvə sammiti çərçivəsində bir araya gələcəklər.

“Biz İranla dialoq axtarırıq”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Ər-Riyadın Tehranla əlaqələr qurduğunu və dialoqu davam etdirmək üçün zəmin və yol axtardığını açıqlayıb. Davos İqtisadi Sammitində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib: “Geosiyasi məsələlərdən çox inkişafa diqqət yetirmək iranlılar və digərləri üçün birgə inkişafın başqa yollarının olduğuna dair güclü mesaj ola bilər. O, İranla əlaqələr qurub və biz dialoq yollarını axtarırıq.

Ukraynanın dövlət katibi, daxili işlər naziri və nazir müavini helikopter qəzasında həlak olub

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

Operativtv.com Reporta istinadən xəbər verir kii, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.

"Qalatasaray" 1/4 finala vəsiqə qazandı

“Qalatasaray” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 1/8 final oyununda “Alanyaspor”un qonağı olan İstanbul təmsilçisi 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.

“Sarı-qırmızılar”ın qollarını 16-cı dəqiqədə Viktor Nelsson və 38-ci dəqiqədə Dris Mertens vurub. Meydan sahiblərindən isə 67-ci dəqiqədə İvan Kavaleyru fərqlənib.

Azərbaycanda illik inflyasiya açıqlandı

2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 17-də Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yəməndə münaqişə tərəfləri iki mindən çox əsir və məhbusu mübadilə edəcəklər

Yəməndə əsir və məhbusların ən böyük mübadiləsi gözlənilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Yəmənin “Ənsarullah” hərəkatının dəstəklədiyi hökumətin nəzdində “Əsirlərin işi üzrə komitə”nin sədri Əbdülqadir əl-Murtəza tvitter səhifəsinəd yazıb.

İsrail İordaniya səfirinin Əl-Əqsa məscidinə daxil olmasına mane olub

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsrail əsgərləri ötən gecə İordaniyanın İsraildəki səfiri Qəssan əl-Məkalinin Məscidül-Əqsaya daxil olmasına mane olub. Rejim ordusu səbəb kimi İordaniya səfirinin səfərdən əvvəl icazə almadığını iddia edib. Bu hadisədən sonra İordaniya Xarici İşlər Nazirliyi İsrailin Əmmandakı səfirini çağıraraq, səfirin Məscidül-Əqsaya girişinin əngəllənməsinə etirazlarını çatdırıb. Qeyd edək ki, İordaniya hökuməti Qüds və Məscidül-Əqsanın müqəddəs yerləri və idarəsinə cavabdehdir.

Təl-Əvivdə fabrik yanıb

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Təl-Əviv yaxınlığındakı Bat Yam şəhərində boya və tikinti materialları istehsalı, idxal və marketinq fabrikində baş verən böyük yanğından sonra hadisə yerinə 7 yanğınsöndürən göndərilib. Fabrik ərazisində tez alışan və zəhərli maddələrin saxlanması və binanın uçması nəticəsində zəhərli qazların ətraf mühitə yayılma təhlükəsi ilə əlaqədar xilasedici qruplar ətrafdakı tikililəri təxliyə ediblər.

Qrup məscidləri partlatmağı, Makronu öldürməyi, bəzi deputatları oğurlamağı və hökuməti devirməyi planlaşdırıb

Fransa prezidenti Emmanuel Makrona qarşı sui-qəsd və digər hücumlar planlaşdırmaqda ittiham olunan ifrat sağçı qrupla əlaqəsi olan 13 nəfər məhkəmə qarşısına çıxıb. Prokurorlar, Barjols qrupunun üzvlərinin 2018-ci ildə Makronun ictimai çıxışı zamanı hücum təşkil edərək qiyam başlatmağı planlaşdırdıqlarını bildiriblər. Şübhəlilər 26-66 yaşlarında olan 11 kişi və 2 qadındır.