Hədəfimiz vəhdətdir

Dosların, əzizilərin 8 illik fəaliyyət dövründə bölüşdükləri sevgi və dəstəyi bu ad günümüzdə də yaşadıq. İlk öncə bunu üçün hər kəsə dərin minnətdarıq. Amalımız dəyişmədən qalır: Haqqın yanında, batilin qarşısında, ümmətçilik prizmasından birlik və vəhdət! Bu şüarı rəhbər tutub addımlayan hərəkatın sevincli-kədərli bütün 8 illik həyat hekayəsinin hər bir vərəqini sizinlə çevirdik deyə, özümüzlə bağlı yeni nəsə söyləmək fikirində deyilik. Hərəkat elə sizə ilk gündən məqsədini aydınladan və xidmətinizdən qüruu duyan birlik və bərabərlik carçısıdır. Bunu üçün hədəfə alınan hərəkatın məhz vəhdət nöqtəsində olması əsas amildir. Biz vətəndaşımızı siyasi və dini düşüncəsinə ayırmadıq, hədəfimiz ədalət və zülmün yaratdığı haqq meyarı oldu. Biz məzhəbi şiə və sünnüyə bölmədik, məqsədimiz ümmətçilikdə birlik və bərabərliklə İslamın sərhədlərini qorumaq oldu. Bunun üçün ölkədə vəhdəti hədəfə alan daxili və xarici qüvvələrin hərəkatın imicinə vurmağa çalışdıqları çoxsaylı şübhələr məhz onun hədəflədiyi vəhdətin qorunmasına hesablanmış addımla cavab verdik. Sonuncu həbsindən öncə müsahibələrinin birində “...Bu dəfə həbsimiz gerçəkləşəcəyi halda əminliklə bilin ki, bu vəhdətə görədir...” söyləyən hərəkat lideri Hacı Tale Bağırzadənin söylədiyi və özünün də bu gün bu hədəfdən dolayı həbsi bizim üçün proritet mövzudur.

Bu xalqın nicatı, dünyanın azadlığı, xalqların birlik və bərabərliyidir. Düşmənin bütün haqq cəbhələri, başda İlahi dinin təbliğçiləri olmaqla hədəfə almaları, şübhəli fikirləri barələrində yaymaqla sizlərin aranızda təfriqə yalnız və yalnız bir hədəfə hesablanıb-sizin üzərinizdəki diktatur və haqsızlıq qüdrətini gücləndirərək sizləri istismar etmək.  Şübhələrlə həqiqətə kölgə salan addımların öz mənfur varlığını yalançı illuziyalar arxasında gizlədənlər, sizin bütün mövcud problemlərinizin tək səbəbkarıdır. Bu bulaşıq bataqlıqdan çıxmağın tək yolu isə vəhdət və birlikdir.

Xalqın ruhuna qənim kəsilən irtica düşüncələrin böyük media instutundan fərdi təbliğçilərinə qədər məqsədli şübhələrinin hədəfində olan vəhdətin qorunması üçün daha çox, daha çox diqqətli olmalıyıq. Bizim bütün varlığımızı əsarət hədəfinə alıb səfalət səbəbimiz olanların hədəflədiyi yeganə istək, parçalamaqla hökmüranlıq etməkdir. Nə qədər çox parçalanma hədəfindəyiksə, bir o qədər də istismar, zülm və sitəmin məngənəsində əzilməyə məhkumuq.  

Növbəti yaşına qədəm qoyan Müsəlman Birliyi Hərəkatı bütün bu çətinliklərin məsuliyyətini tam varlığı ilə öz çiyinlərində daşıyır. Düşmənin hədəflədiyi vəhdətpozuculuq planlarını da o, çox gözəl başa düşür. Buna görə də olduqca diqqətli və xüsusi həssaslıq nümayiş etdirərək düşmənin növbəti addımlarını önləməyə hazırdır.  Doslara isə bizimlə olmağı deyil, bizim onlarla birlik və bərabərliyimizi qürurula elan edirik.

Sizin Müsəlman Birliyi Hərəkatı.