BƏƏ-də ərəb liderlərinin sammiti keçirilir

 Körfəz Əməkdaşlıq Şurasına üzv olan ərəb dövlətlərinin, habelə İordaniya və Misir liderləri bu gün BƏƏ-də bira araya gələcəklər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri, prezident Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah zirvə sammiti çərçivəsində bir araya gələcəklər.

Samiit öncədən rəsmən elan edilməyib və ona görə diqqət çəkib.

Məlumata görə, liderlər bu sammitdə ərəb dünyası və regional məsələlərlə bağlı məsləhətləşmələr aparacaqlar.