ABŞ-ın milli təhlükəsizlik müşaviri İsrailə iki günlük səfərə gedib

ABŞ-ın Qüdsdəki səfirliyindəki mənbə bu gün, bildirib ki, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan İsrailə iki günlük səfərə gəlib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Sullivan İsrail rəsmiləri ilə görüşdən sonra, sabah Ramallahda Fələstin lideri Mahmud Abbasla görüşəcək və ümumi maraq doğuran bir sıra məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu rəsmi səfər, Benyamin Netanyahunun başçılıq etdiyi ultra-sağ meyilli yeni İsrail hökumətinin formalaşması və işə başlamasından sonra baş tutur.

Bundan öncə ABŞ mənbələri bildiriblər ki, Netanyahu hökumətində milli təhlükəzilik naziri İtamar Ben-Qvirin addımları kimi məsələlər Vaşinqtonu narahat etməyə başlayıb.