Yəməndə münaqişə tərəfləri iki mindən çox əsir və məhbusu mübadilə edəcəklər

Yəməndə əsir və məhbusların ən böyük mübadiləsi gözlənilir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Yəmənin “Ənsarullah” hərəkatının dəstəklədiyi hökumətin nəzdində “Əsirlərin işi üzrə komitə”nin sədri Əbdülqadir əl-Murtəza tvitter səhifəsinəd yazıb.

O bildirib ki, BMT-nin Yəmən üzrə nümayəndələri ilə aparılan danışıqlardan sonra yaxın həftələrdə əsirlərin və məhbusların mübadiləsinin baş tutacağı gözlənilir.

“Əsirlərin işi üzrə komitə”nin sədri bildirib ki, bu mübadilə 2,223 əsir və məhbusa şamil olacaq ki, 2014-cü ildən bəri ən böyük rəqəm hesab edilir.

Onların arasında Səudiyyə Ərəbistanın zabit və əsgərləri də var.