Təl-Əvivdə fabrik yanıb

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Təl-Əviv yaxınlığındakı Bat Yam şəhərində boya və tikinti materialları istehsalı, idxal və marketinq fabrikində baş verən böyük yanğından sonra hadisə yerinə 7 yanğınsöndürən göndərilib. Fabrik ərazisində tez alışan və zəhərli maddələrin saxlanması və binanın uçması nəticəsində zəhərli qazların ətraf mühitə yayılma təhlükəsi ilə əlaqədar xilasedici qruplar ətrafdakı tikililəri təxliyə ediblər.

Yardımçı yanğınsöndürənlərin köməkliyi ilə alov saatlardan sonra söndürülüb. Mütəxəssis qruplar bu şübhəli yanğınla əlaqədar araşdırma başladıb.

Digər “Bitar Elite” təlim kompleksində şübhəli yanğının baş verməsi də mövzuda kənar təsirlərin olma riskini artırır. İşğal olunmuş ərazilərdə son aylar sənaye mərkəzlərində və elektrik stansiyalarında tez-tez yanğınlar baş verir. Bu isə mövcud hadisələrin planlı baş vermə ehtimalını söyləməyə əsas verir.