İsrail İordaniya səfirinin Əl-Əqsa məscidinə daxil olmasına mane olub

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İsrail əsgərləri ötən gecə İordaniyanın İsraildəki səfiri Qəssan əl-Məkalinin Məscidül-Əqsaya daxil olmasına mane olub. Rejim ordusu səbəb kimi İordaniya səfirinin səfərdən əvvəl icazə almadığını iddia edib. Bu hadisədən sonra İordaniya Xarici İşlər Nazirliyi İsrailin Əmmandakı səfirini çağıraraq, səfirin Məscidül-Əqsaya girişinin əngəllənməsinə etirazlarını çatdırıb. Qeyd edək ki, İordaniya hökuməti Qüds və Məscidül-Əqsanın müqəddəs yerləri və idarəsinə cavabdehdir.

 İordaniya səfirinin müsəlmanların ilk qibləsinə səfərinin Təl-Əviv tərəfindən əngəlləndiyi bir vaxtda İsrail rejiminin milli təhlükəsizlik naziri İtamər Ben Qvirin sionistlərin dəstəyi ilə Məscidül-Əqsanın həyətinə daxil olması səbəbindən rejim ordusu və polisi sionist rejimin regional və beynəlxalq qınağına səbəb olub.