12 January 2023

Həqiqi nümunə-Fatimə (s.ə.)

Bəzən problemlərimiz həqiqətin deyil, yalanın həqiqət nümunəsi olaraq həyatımıza necə daxil olmasından xəbərsizliyimiz səbəbindən baş verir. Yalançı qəhrəmanlar, yalançı xilaskarlar, yalançı islahat, hüquq institutu, insan haqları, gender bərabərliyi, azadlıqlar və sairlər kimi. Yalanlar haqqında o qədər geniş və aldadıcı parlaqlıq yaradılır ki, biz hiss olunmadan onun təsiri altına rahatlıqla düşə bilirik.

AİHM Azərbaycandan işlər üzrə 4 qərarını elan edib

Operativtv.com Turana istinadən xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə 4 qərarını elan edib.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq Qrupunun rəhbəri Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, ərizələrdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı-seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilib.

İstintaq Əvəz Zeynallının ailə üzvləri ilə telefon danışığını və görüşünü qadağan edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı ailəsi ilə göürüşünə və telefon danışıqlarına istintaq orqanı tərəfindən qadağa qoyulmasından narahatdır. Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev jurnalistlə görüşündən sonra bildirib.

Vəkil qadağanın əsassız olduğunu qeyd edib, belə ki, qanun təqsirləndirilən şəxsin ailə üzvləri ilə həftədə iki dəfə telefon danışığına və ayda dörd dəfə görüşünə zəmanət verir.

Ayətullah Xamenei son hadisələrlə bağlı danışıb: Planları yaxşı, hesablamaları isə səhv idi

“Mən məsələni görən biri kimi, düşmənin bu iğtişaşlarda mühəndislik və planlamasına afərin dedim. Onlar hər şeyi öz yerində və öz əndazəsində etmişdilər. Bir sıra ölkələrdə kara gələn bu plana baxmayaraq, burada müvəffəq olmadılar. Çünki hesablamalarında səhvə yol verdilər.”

Yəməndə partlayışlar olub, ölənlər var

Yəmənin paytaxtı Səna, habelə Hudeyda şəhərlərində baş verən mina partlayışlarında 4-ü uşaq olmaqla 5 mülki şəxs həlak olub.

Operativtv.com bu barədə Reporta xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, paytaxtın şərqindəki Nehm rayonunda mina partlayığı nəticəsində 14 və 15 yaşlı iki nəfər həyatını itirib.

El-Cebeliye rayonunda baş verən partlayışda mülki şəxslər – ana və 11, 13 yaşlı övladları həlak olub.

ABŞ siyasi məhbusların, o cümlədən Elçin Məmmədin azad edilməsi üçün yeni təşəbbüslə çıxış edir

Operativtv.com Turan-a istinadən xəbər verir ki, yanvarın 11-də Bayden administrasiyası siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azadlığa buraxılması üçün təşəbbüs irəli sürdüyünü elan edib, TURANın Vaşinqtondakı müxbiri bildirib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, "Ədalətli səbəb olmadan" təşəbbüsü siyasi məhbusların və onların ailələrinin acınacaqlı vəziyyətinə dair beynəlxalq məlumatlılığı artırmaq və bütün dünyada haqsız yerə həbs olunanları azad etmək məqsədi daşıyır.

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.

AVF-dən “Az.shafaqna.com”a verilən məlumata görə, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

İmamoğluna qarşı “tender saxtakarlığı” iddiası

Operativtv.com SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, 29 dekabr 2015-ci il tarixində Beylikdüzü Bələdiyyəsinin keçirdiyi xidmət satınalma tenderində bəzi qanun pozuntularına yol verildiyi ilə bağlı iddialar irəli sürülüb. İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mülki Müfəttişləri hərəkətə keçib. O dövrdə Beylikdüzü Bələdiyyə Başçısı olan Əkrəm İmamoğlu da daxil olmaqla 7 nəfərə “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə araşdırma icazəsi verilib.

İƏT din alimlərindən ibarət nümayəndə heyətini Taliban lideri ilə danışıqlar üçün Əfqanıstana göndərir

 İslam Əməkdaşlıq Təşkilatı qadınların təhsil və iş fəaliyyəti sahəsində hüquqlarının bərpa edilməsi məqsədilə din alimlərindən ibarət nümayəndə heyətini Əfqanıstana göndərir.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hüseyn İbrahim Taha təşkilatın İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı deyib.