İranda cəsusluqda ittihamlandırılan sabiq müdafiə nazirin müavini edama məhkum edilib

 İran Məhkəməsi ölkənin sabiq müdafiə nazirinin müavini olmuş Əlirza Əkbəri barədə edam hökmü çıxarıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Əlirza Əkbəriyə qarşı məhkəmə işi qaldırılaraq ittiham aktı çıxarılıb, iş məhkəməyə göndərilib və təqsirləndirilən şəxsin vəkilinin iştirakı ilə iclaslar keçirilib. İşlə bağlı olan etibarlı və dəqiq sənədlər əsasında həmin şəxs barəsində İngiltərəyə casusluqla bağlı edam hökmü verilib.”

Qeyd edək ki, adıçəkilən şəxs İranın sabiq müdafiə nazirinin müavini vəzifəsində işləmiş və 2018-ci ildə cəsusluq ittihamı ilə saxlanılmışdı.