İmamoğluna qarşı “tender saxtakarlığı” iddiası

Operativtv.com SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, 29 dekabr 2015-ci il tarixində Beylikdüzü Bələdiyyəsinin keçirdiyi xidmət satınalma tenderində bəzi qanun pozuntularına yol verildiyi ilə bağlı iddialar irəli sürülüb. İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mülki Müfəttişləri hərəkətə keçib. O dövrdə Beylikdüzü Bələdiyyə Başçısı olan Əkrəm İmamoğlu da daxil olmaqla 7 nəfərə “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə araşdırma icazəsi verilib.

Nazirlik tərəfindən araşdırmaya icazə verilmiş məsələ inzibati məhkəməyə verilib. Dövlət Şurasının Birinci Palatası müzakirələrə son qoyaraq iddia edilən cinayətin mahiyyətinin “tender saxtakarlığı” dairəsinə düşdüyü qiymətləndirilib. Daxili İşlər Nazirliyinin icazəsi olmadan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu və daha 6 nəfərə qarşı birbaşa istintaq aparıla biləcəyinə qərar verilib. Bunun üzərinə Büyükçekmece Respublika Prokurorluğu iddianamə hazırlanıb ki, burada 7 nəfərə 7 ilə qədər həbs istənilib. Büyükçekmece Ədalət Komissiyasına göndərilən iddianamə komissiya tərəfindən qəbul edilib.

Məhkəmə iyunun 15-də başlayacaq.