Yəməndə partlayışlar olub, ölənlər var

Yəmənin paytaxtı Səna, habelə Hudeyda şəhərlərində baş verən mina partlayışlarında 4-ü uşaq olmaqla 5 mülki şəxs həlak olub.

Operativtv.com bu barədə Reporta xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, paytaxtın şərqindəki Nehm rayonunda mina partlayığı nəticəsində 14 və 15 yaşlı iki nəfər həyatını itirib.

El-Cebeliye rayonunda baş verən partlayışda mülki şəxslər – ana və 11, 13 yaşlı övladları həlak olub.

Xatırladaq ki, Yəməndə illərdir davam edən qarşıdurmalarda 377 min nəfərə yaxın insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri sırasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran ən ağır həddə çatıb.