05 January 2023

İraqın baş naziri: ABŞ qonağımız Süleymanini hədəfə almaqla ölkəmizin suverenliyini kobudcasına pozdu

“Qasım Süleymani İraqın qonağı idi və Amerikanın onu hədəfə alması suverenliyimizə kobudcasına təcavüz idi.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani “Qələbənin komandanlarının anım tədbiri”ndə çıxışı zamanı deyib.

Din-dövlət münasibətləri: Problemlər və həlli (1-ci hissə)

Azərbaycanda din-dövlət münasibətlərinin vəziyyəti heç kəs üçün gizlin deyil. Buna nə qədər kosmetik bəzək vurulsa da, zamanla üzə çıxan problemlər bu sahədə görüləsi yetərincə edilməyən işlərin qaldığını göstərir. Buna isə əsasən hakim partiyanın İslam dini ilə münasibətdə demoqrafik inanclıları Qərbin İslam modelinə bənzətməsi kimi doğru olmayan yanlış yanaşmaların xüsusi təsiri var.

Əvəz Zeynallının Apelliyasiya Məhkəməsi olub

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallının məhkəməsi baş tutub. Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Əvəz Zeynallının istintaq müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi rayon məhkəməsinin verdiyi qərardan apellyasiya şikayətinə baxılıb. Hakim vəsadəti təmin etməyib.

Antiterror reydləri zamanı İŞİD-in 11 döyüşçüsü öldürülüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Əfqanıstan Talibanının cümə axşamı xüsusi təyinatlı qüvvələrinin İŞİD qruplaşmasının Kabildə və ölkənin digər yerlərindəki sığınacaqlarında gecə ərzində keçirdiyi reydlər zamanı İŞİD-in 11 döyüşçüsünün öldürüldüyünü, 7-nin əsir götürüldüyünü bildirib.

Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

Operativtv.com Azadlıq qəzetinə istinadən Tofiq Yaqublunun aclıq aksiyasına başladığını yazıb. Aclıq aksiyasına başlama səbəbi olaraq qəzet T. Yaqublunun inzibati həbs olunanların saxlanma məntəqəsində ailə görüşlərinin verməməsi, sovqatların qəbul etməməsi və məhkəmə qərarına etiraz olaraq başladığını bildirib. Azadlıq məlumatı Tofiq Yaqublunun qızı Nigar Həziyə istinad edərək yayıb.

Normallaşmaya və ABŞ-ın regionda mövcudluğuna qarşı çıxmağa davam ediləcək

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim Qasim Süleymani və Əbul Mehdi əl-Mühəndisin şəhadətinin üçüncü ildönümündə keçirilən anım mərasimində onların əsas cihadçı hərəkatlarının Amerikanın regionda hökmranlıq etmək planına qarşı çıxdığını bildirib.

Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Argentinanın "Rosario Sentral" klubunda çıxış edən Qaspar Servio 4 qola imza atıb.

31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.

"Səudiyyə Ərəbistanı İranla danışıqları bərpa etməyə hazırdır" - Hüseyni

İran prezidentinin parlament işləri üzrə müavini Məhəmməd Hüseyni Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə Braziliyada apardığı danışıqların təfərrüatlarını açıqlayaraq krallığın İranla yaxınlaşma üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Bolqarıstan Türk qaz terminallarından istifadəyə dair saziş imzalayıb

Operativtv.com Turana istinadən xəbər verir ki, çərşənbə axşamı Bolqarıstan, ölkənin bir vaxtlar Rusiya tərəfindən təmin edilən tədarükü əvəz etməsinə kömək edəcək uzunmüddətli bir razılaşma çərçivəsində Türk terminallarına və qaz nəqli şəbəkəsinə giriş əldə etdi.

Bolqarıstan Dövlət Qaz Şirkəti Bulgargaz və Türkiyənin qaz nəqliyyat şirkəti Botas, Balkan qonşusuna Türk LPG terminallarına giriş imkanı verən 13 illik bir müqavilə imzaladılar.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Bəşər Əsədlə görüşüb

Suriya münaqişəsindən bəri ikinci dəfə olaraq BƏƏ-nin xarici işlər naziri Dəməşqə səfər edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayid Ali-Nihyan ötən gün Dəməşqə rəsmi səfəri çərçivəsində Bəşər Əsədlə görüşüb.

Pakistan Baş naziri Kəşmirlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Cənubi Asiyada sülh və inkişaf Kəşmir münaqişəsinin həlli ilə bağlıdır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter“də yazıb.

“Bu gün kəşmirlilərin öz müqəddəratını təyinetmə hüququ günüdür və mən dünya ictimaiyyətini bu məsələdə öz rolunu oynamağa çağırıram. Hindistan 2019-cu il 5 avqustda qəbul etdiyi qərarı ləğv etməlidir”, - o qeyd edib.

Gömrük generallarının həbs müddəti uzadıldı

Dövlət Gömrük Komitəsi sabiq yüksəkçinli rəsmiləri  Ehtiram Xəlilovun və Məsum Rəsulovun həbs müddəti uzadılıb.

Operativtv.com Toplum TV -yə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində  “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

İran Fransaya Ayətullah Xameneyinin karikaturalarına görə xəbərdarlıq etdi

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, İran çərşənbə günü ölkənin ali dini lideri Ayətullah Əli Xameneyiyə qarşı təhqiramiz hesab etdiyi karikaturalara görə Fransaya xəbərdarlıq edib. Bu karikaturalar Charlie Hebdo satirik jurnalında dərc olunub.

Həftəliuk məcmuə dekabrda başlanmış müsabiqənin tərkib hissəsi olaraq İranın ali dini rəhbərini hədəf alan onlarla karikatura dərc edib. Məqsəd ötən üç ayda iranı bürümüş etirazlara dəstək vermək olub.