Din-dövlət münasibətləri: Problemlər və həlli (1-ci hissə)

Azərbaycanda din-dövlət münasibətlərinin vəziyyəti heç kəs üçün gizlin deyil. Buna nə qədər kosmetik bəzək vurulsa da, zamanla üzə çıxan problemlər bu sahədə görüləsi yetərincə edilməyən işlərin qaldığını göstərir. Buna isə əsasən hakim partiyanın İslam dini ilə münasibətdə demoqrafik inanclıları Qərbin İslam modelinə bənzətməsi kimi doğru olmayan yanlış yanaşmaların xüsusi təsiri var. Əlbəttə, problem təkcə bu deyil, lakin onların çox geniş olan sırasında bunlar da yer almaqdadır. Zamanla müxtəlif formada təzahür edən problemlərin həllində yalnız qadağa mövqeyi, sərt cəza tədbirləri də əngəllər sırasındadır. Şübhəsiz, kənar təsirlər, bəzi islamafob baxışlar, xüsusi olaraq məzhəbi düşüncələrə qarşı qısqanc davranış bu siyahada xüsusi yer tutmaqdadır. İran İslam Respubkiası ilə qonşuluq fonunda Azərbaycanın əhalisinin böyük əksəriyyətinin şiə olması da siyasiləşən hadisəyə təsirsiz ötüşmür. Bir çox digər maraqlar fonunda bu gün hakimiyyət din-dövlət münasibətlərində kifayət qədər problemlər yaradıb ki, bunlar da bəzi hallarda sözün əsil mənasında təhlükəli nəticələri qaçılmaz edir. Bu əlbəttə üçüncü qüvvələrə ölkəmiz daxilində yarada biləcək bütün neqativ addımların sərbəst bazarı üçün də əlverişli məkan ola bilir. Buna xarici maliyyə hesabına ölkəmizə ixrac olunan zərərli siyasi ideyalar, terror təşkilatlarının din pərdəsi altında Yaxın Şərqin cəhənnəmə dönən modelinin icrası ideyası da nəzərdən yayınmalı deyil. Bütün bunların reallığı çox-çox geniş sıralama ilə uzana bilər. Bu və sair sadalanmayan bir çox problemlər, həllinə hakimiyyətin özünün belə laqeyid qaldığı məsələlər günü-gündən artan din-dövlət münasibətlərinin keçilməz səddinə çevrilib. Süni olaraq göstərilən münasibətlər isə ilk problem fırtınasında elə bəzi binalara vurulan yalançı üzlüklər kimi küləyin qarşısına salıb apardığı bəzəkdən başqa bir şey olmur. Şübhəsiz köklü problemlərə elə köklü də həll lazımdır. Bu gün vətəndaşını “inanclı kəsim” adlandırdığı, başqasının yad uşağı kimi kəsimə çevirən hakimiyyət əslində öz əli ilə onu başqasına hədiyyə edən ögəy ana kimidir. Başqa ölkələrdə təhsi almaqla siyasi təsirə düşmək, digər ölkələrin dini idioloqlarından təsirlənmək, dini ədəbiyyatların xarici ölkələrdən yad fikiləri ölkəmizə daşımaq, dini filimlərin yaratdığı qorxulu fikirlər və sair yüzlərcə hakimiyyətin söylədiyi və ona görə həqiqətən də problemə çevrilən məsələlər hələ də açıq olaraq qalır. Bunun yeganə yolunun həbslərdən və qadağalardan keçməsi isə o qədər məntiqsizdir ki, bu içində aclıq hissi olan insana yeməmək qadağasına bərabər bir şeydir. İnanc, inam qarşısı alınmaz fitrəti hissdir. Onu qadağalamaq yox, tənzimləmək lazımdır. Əgər qadağa effektiv olsaydı bu sahədə kommunistlər uğur qazanmış olardılar. Hansı ki, bu günün din reallığı və kommunizm süqutu bunun əksini söyləyir. Bir də, sürətli internet, açıq vertual dünyanın mövcud olduğu bir kainatda qadağa dili ilə danışmaq qarşı tərəfi özünün seçmək məcburiyətində qaldığı yola sənin öz əlinlə ona istiqamət verməyindən başqa bir şey deyil. Bu isə göründüyü kimi heç də arzulanan nəticələr vəd etmir.
Bəs nə etməli? Belə qarışıq, düyünlənən bir vəziyyətin sabaha daha qorxulu proqnozlar vəd etdiyi reallığımızda nə edək? Din dövlət münasibətlərini təkcə üst qat üçün gözəl göstərmək deyil, köklü gözəlləşdirmək üçün hansı addımı ataq?
 
Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi.