Gömrük generallarının həbs müddəti uzadıldı

Dövlət Gömrük Komitəsi sabiq yüksəkçinli rəsmiləri  Ehtiram Xəlilovun və Məsum Rəsulovun həbs müddəti uzadılıb.

Operativtv.com Toplum TV -yə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində  “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Məlumata görə, məhkəmə istintaq orqanının vəsatətlərini əsaslı hesab edib. 

Beləliklə, hər iki şəxsin həbs müddəti daha 3 ay uzadılıb.

Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.