BMT Təhlükəsizlik Şurası İsrail nazirinin əl-Əqsa məscidinə girməsi ilə bağlı toplantı keçirir

BMT Təhlükəsizlik Şurası bir sıra ölkələrin tələbindən sonra İsrailin təhlükəsizlik naziri İtmar ben Qvirin əl-Əqsa məscidi kompleksinə girməsi barədə toplantı keçirir.

Operativtv.com SalamNews- istinadən xəbər verir ki, bundan öncə Fələstin, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Çin İsrailin daxili təhlükəsizlik naziri İtmar ben Qvirin əl-Əqsa məscidi kompleksinə girməsi, Qüdsdə və əl-Əqsada status-kvonun İsrail tərəfindən pozulması barədə təcili toplantıya çağırış ediblər.

İsrailin BMT-dəki daimi nümayəndəsi belə bir toplantının keçirilməsini kəskin tənqid edib.

Qeyd edək ki, Türkiyə də daxil olmaqla əksər region ölkələri bu addımı pisləyib və onun təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər.

Bildirək ki, İsrailin sabiq baş naziri Ariel Şaronun oxşar addımı 2000-ci illərin əvvəlində fələstinlilərin ikinci İntifada Hərəkatını alovlandırmışdı.