Son ABŞ əsgəri İraqı tərk edənə qədər müqavimət göstərməyə davam edəcəyik

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İraq Nucəbə Hərəkatının sözçüsü ilə müsahibədə o, son Amerika əsgəri İraqı tərk edənə qədər müqavimət şəhidlərinin qanını tələb etməyə davam edəcəyini vurğulayıb.

Nücəbə İslami Müqavimət Hərəkatının rəsmi sözçüsü Nasir əl-Şəmmari bir televiziya kanalına verdiyi müsahibədə deyib: “İraq hökuməti və parlamenti Amerika əsgərlərinin deportasiyasını həyata keçirmədikcə, bütün formalara müqavimət, o cümlədən silahlı əməliyyatlara əl atmaqdan başqa çarə qalmayacaq.” O, Bağdad hava limanına rəsmi dəvətlə daxil olan bir ölkənin xüsusi qonağının öldürülməsi ilə bağlı bir sıra iraqlı siyasətçilərin susqunluğunu və hərəkətsizliyini “utanc verici” adlandırıb: “Bu, həyasızlığın zirvəsini göstərir!!”

Nücəbə sözçüsü daha sonra əcnəbilərin İraqdan qovulmasına dair fərmanı yüksək qiymətləndirərək, bunu İraq parlamenti qurulandan bəri ən nəcib qanun kimi səciyyələndirərək deyib: "Hökumət və parlament olmasa belə bunu reallaşdırmağa çalışın. Silahlı əməliyyatlar da daxil olmaqla, müqavimətin bütün formalarına əl atmaqdan başqa çarə yoxdur. Həyatınızda, rütbənizdə, vəzifənizdə və nüfuzunuzda olan hər şey Qasım Süleymaninin, əl-Mühəndisin və müqavimətin digər şəhidlərinin fədakarlıqlarına və qanlarına borcludur. Ona görə də ədalətli olun və şükür edin”.