Mahir Əzimovun məhkəməsi yekunlaşır

Sabah Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun məhkəməsi keçiriləcək. Məhkəmənin sonuncu iclas olacağı ehtimal olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən iclaslarda şahidlər dindirilib. Bu dəfəki məhkəmədə dövlət iddihamçısının çıxış edəcəyi gözlənilir. Məhkəmə saat 10:00-da keçiriləcək.

Xatırladaq ki, iyulun 20-də Müsəlman Birliyi Hərəkatın fəallarından olan Mahir Əzimovun Yeni Günəşli ərazisində işlədiyi mağazaya bir neçə mülki geyimli şəxslər gəlib. Onlar Mahirə heç bir səbəb göstərmədən ona zor göstərərək gəldikləri maşına mindirib naməlum istiqamətə aparıblar. Ailəsi və yaxınları bir gün sonra onun Suraxanı rayon polis idarəsində olduğunu öyrəniblər. İyunun 22-də Mahir Suraxanı məhkəməsinin qərarı ilə 234.4.3.-cü maddəsi ilə 3 ay azadlıqdan məhrum etmə qərarı ilə ev dustaqlığına buraxılmışdı. Sonradan prokurorun protestinə əsasən Mahir Əzimov azadlıqdan məhrum edilərək Kürdəxana təcridxanasına göndərilib.