Suriyada ABŞ qüvvələrinin olduğu yatağa son sutkada ikinci dəfə raketlər atılıb

Suriyanın şərqində ABŞ qüvvələrinin zəbt etdiyi əl-Ömər yatağına raketlər atılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir.

Bildirilib ki, Suriyada Fəratın şərqində yerləşən (Dirazzur əyaləti) yataqlar son sutkada ikinci dəfə raket hücumuna məruz qalıb.

Dünən bölgədə yerləşən “Conoco” qaz yatağı raketlərin hücumuna məruz qalmışdı.

ABŞ mənbələri birinci hücumda xəsarətlərin olmadığını açıqlayıb. İkinci hücumun nəticələri barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd bölmələri 2014-cü ildən İŞİD-lə mübarizə adı altında bölgəni zəbt ediblər.