18 November 2022

Laricaninin İranda islahat bəyanatı

İran parlamentinin keçmiş sədri və Sərəncamın Faydalarının Diaqnoz Şurasının üzvü Əli Laricani ötən gün Xuzistan əyalətinin İze mahalının mərkəzi bazarında baş verən və 7 nəfərin ölümü nəticələnən terror aktı ilə bağlı yazılı açıqlama yayıb. O: “Ölkənin bəzi digər şəhərlərində, xüsusən də İze şəhərində baş verən xoşagəlməz hadisələr bir daha göstərdi ki, ölkədə təhlükəsizlik olmadığı zaman belə cinayətlər baş verir. Diqqət edin ki, əcnəbilər ölkənin asayişini pozacaq hər hansı hərəkəti öz pis məqsədləri üçün istifadə edə bilərlər.

Futbol üzrə dünya çempionatında daha bir qadağa

İki gün sonra Qətərdə start götürəcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda və onlara bitişik ərazilərdə pivə satışı qadağan olunacaq. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat verib və qeyd edib ki, bu qərar Qətər hakimiyyəti ilə çempionatın əsas sponsorlarından biri olan "Budweiser" pivə şirkəti AB InBev arasında uzunmüddətli danışıqlardan sonra verilib.

“Qazprom” Azərbaycana 1 milyard kubmetr qaz nəql edəcək

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 15-dən “Qazprom” Rusiya qazının Azərbaycana yeni alqı-satqı müqaviləsi üzrə nəqlinə başlayıb.

“Sənəd “Qazprom Eksport” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb.

Nəql 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək. Nəqlin həcmi 1 milyard kubmetrə qədərdir”, - noyabrın 18-də Rusiya şirkətinin yaydığı bəyanatda deyilir.

Ordumuzun mövqeləri atəşə tutuldu

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Ermənistanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirilir.

Operativtv.com Unikal- a istinadən xəbər verir ki, aksiyaya, əsasən, əsir düşən erməni hərbçilərin yaxınları qoşulub. 

Onlar Rusiyadan oğlanlarını geri qaytarmağı tələb edirlər.

Etiraz edən vətəndaşlar bildirib ki, Rusiya onların təhlükəsizlik qarantı idi. 

Papa: “Vatikan Ukraynada atəşkəs üçün mümkün olan hər işi görməyə hazırdır”

“Ukrayna ilə bağlı mövqelərin yaxınlaşması üçün əlaqələri inkişaf etdirən Vatikan danışıqlarda vasitəçilik məsələsində, həmçinin atəşkəsin əldə edilməsi üçün mümkün olan hər işi görməyə hazırdır”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk "La Stampa" qəzetinə müsahibəsində deyib.

O, Vatikanın vəziyyətin inkişafını daim izlədiyini və rəsmi Moskva ilə Kiyev arasında sülhün mümkün olduğunu bildirib.

Avropada təbii qaz cüzi ucuzlaşıb

Avropada təbii qazın qiyməti, təxminən, 1 % düşərək 1000 kubmetr üçün 1200 ABŞ dollarından aşağı olub.

Operativtv.com bu barədə Report-a istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1208,8 ABŞ dolları səviyyəsində başlayıb. Daha sonra təbii qazın qiyməti 1190,8 dollara düşüb.

İraqda partlayış nəticəsində üçmərtəbəli bina uçub

İraqın Süleymaniyyə şəhərində qaz balonlarının partlaması nəticəsində üçmərtəbəli bina uçub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə yerli “Zaqros news” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qaz balonları binanın damında yerləşdirilibmiş. Faciə nəticəsində bir nəfər ölüb, daha 15 nəfər yaralanb.

Hizbullah: Prezidentliyə namizədimizi hələ elan etməmişik

   Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah Hərəkatı baş katibinin müavini Şeyx Nəim Qasim twitter hesabından verdiyi açıqlamada "Fərqli qruplar arasında dialoq üçün zəmin hazır olması üçün prezidentliyə namizədimizi hələ elan etməmişik. Ağ kağız razılaşmanın yolunu açmaq üçün yaxşı bir işarədir, təbii ki, siyasi manevr edib, real adlar yerinə saxta adlar təqdim etmək istəmirik" deyib.

Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır

Azərbaycan İsraildə səfirlik, Fələstində nümayəndəlik açır.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

ABŞ Ədliyyə Nazirliyi Kaşıkçının qətli məsələsində Məhəmməd bin Salmanın lehinə qərar verib

ABŞ Ədliyyə Nazirliyi hüquqi məsləhət rəyində Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Kaşıkçının öldürülməsi ittihamlarına qarşı toxunulmazlığa malik olduğu qənaətinə gəlib.

Operativtv.com SalamNews-a istinadən bu barədə Associated Press -ə istinadən xəbər verir.

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Abbas Musəvi sosial media hesabında məlumat paylaşıb.

Görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub. 

"Dünya Çempionatını qazansaq, təqaüdə çıxacağam" - Ronaldo

Portuqaliya ilə dünya çempionatına hazırlaşan Kriştiano Ronaldo "Mançester Yunayted"dəki günləri və millidəki karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Ronaldo Qətərdəki dünya çempionatı haqda danışarkən karyerasına son qoymaq haqqında da fikirlər səsləndirib:

Türkiyədəki bomba hücumuna siyasi reaksiyalar artır

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bazar günü İstanbulda törədilən partlayışdan sonra hadisəyə siyasi və diplomatik münasibətlər artır. Türkiyə seçkilərə bir neçə ay qalmış baş verən hücumda ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarını günahlandırır.

Yas mərasimi iştirakçıları bazar günü İstanbulun məşhur alış-veriş küçəsində baş verən ölümcül bomba hücumunun baş verdiyi yerə gül dəstələri qoymaqda davam edib.

Putinlə Əliyev telefonla danışıblar

Operativtv.com Turan-a istinadən xəbər verir ki, cümə axşamı axşam Azərbaycan Rusiya prezidentləri arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Əliyev “ticarət-iqtisadi və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının müəyyən məsələlərini” müzakirə ediblər.

Digər təfərrüatlar barədə məlumat verilmir. Azərbaycan Prezidentinin mətbuat xidməti hələlik bu söhbətlə bağlı məlumat verməyib.

Daxili işlər naziri Soylu iranlı həmkarı Vəhidi ilə telefonl əlaqəsi qurub

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi ilə telefon danışığı aparıb. Nazirliyin sosial media hesabında paylaşılan xəbərdə bildirilib ki, görüş zamanı iki ölkə arasında sərhəd təhlükəsizliyi, qeyri-qanuni miqrasiya ilə mübarizə, terror və narkotiklərlə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.